Günəş sisteminin ən kiçik planetlərindən birinə “Tacikistan” adı verilib.
Məlumata görə, müvafiq qərar beynəlxalq astrofiziklər birliyi tərəfindən qəbul edilib. Belə bir qərarın verilməsinə səbəb tacik alimlərinin səma cisimlərinin öyrənilməsinə verdikləri töhfəyə görə olub.
Tacik alimlər bildiriblər ki, ən kiçik planet olan “Tacikistan” Mars və Yupiter planetləri arasında Yerdən 250, Günəşdən 463 milyon kilometr uzaqlıqda yerləşir. Planetin Günəş ətrafında dövretmə tezliyi 5 ildə 1 dəfədir.
“Hazırda səma cismi Yerə ən yaxın məsafədə yerləşir. Tacikistan alimləri onun fiziki-kimyəvi tərkibi, eləcə də, planetdə baş verən proseslərin tətqiq edilməsi ilə məşğuldurlar”, -deyə milli elmlər akademiyasının prezidenti Farxod Raximi bildirib./anspress/