Diyarbakır Valiliyi 15 Avqust 1984də PKK-nın, Türk ordusuna qarşı ilk əməliyyata rəhbərlik edən Mahsum Qorxmazın Lisedə heykəlinin ucaldılmasına görə məhkəməyə etdiyi şikayət nəticə verib.
Şikayət əsasında Lice Prokurorluğu istintaqa başlayıb.Valiliyin cinayət tələbini qiymətləndirən Lice Sülh Cəza Məhkəməsi, Mahsum Qorxmazın heykəlinin yıxılmasına qərar verib. Qərar, jandarma rəhbərliyinə də təqdim olunub.
Heykəl, PKK-nın ilk hücumunu tənzimləməsinin 30. ildönümündə, Licenin Yolçatı kəndindəki PKK qəbiristanlığına ucaldılmışdı.
Türkiyə mətbuatının bildirdiyinə görə,Qorxmaz 28 Mart 1986-cı ildə Gabari dağında öldürüiüb.Digər bir iddiada adı gedən şəxsin Türk əsgərləri ilə girdiyi qarşıdurmada öldüyü , bir başqa iddiaya görə isə PKK lideri Abdullah Öcalanın əmri ilə təşkilat üzvləri tərəfindən öldürüldüyü söylənilir.