PKK terrorçuları Qarabağa necə və niyə gətirilir? - SENSASİON FAKTLAR
19.06.2017 841 0.0 0

"Ermənistan həmin terorrçuları pulla satın alır"

Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyinin (ASİMDER) başqanı Göksel Gülbey Ermənistanın terror təşkilatları ilə işbirliyinə dair sensasion iddia irəli sürüb. O, bildirib ki, Ermənistan işğal etdiyi Qarabağda 12 PKK düşərgəsi yaradıb və həmin düşərgələrdə 1750 PKK yaraqlısı yerləşdirib.

Qazeta.info bildirir ki, Göksel Gülbe Azvision.az-a müsahibəsində PKK-nın Qarabağda yerləşdirilməsinə dair əlində ciddi faktların olduğunu deyib:

- PJAK PKK-nın İranda fəaliyyət gösətərən qoludur. Bu təşkilat İranı tərk etdikdən sonra Qarabağda yerləşib. PJAK yoxa çıxmayıb. Onlar İranı tərk edərək Qarabağa keçiblər. Qarabağda Kürdüstanın ofisinin olması ilə bağlı əlimizdə sənədlər var. Qarabağda PKK terrorçuları üçün düşərgələr salınıb. Bizdə olan məlumata görə, hazırda Qarabağda 1750 PKK terrorçusu var. 

PJAK-la PKK eynidir. PYD, YPG, Türkiyədəki PKK Kandildən idarə olunur. İrandakı qruplaşmalar da Kandildən idarə olunur. PKK-nın terror qruplaşmaları müxtəlif ölkələrdə fəaliyyət göstərir. Onlar mərkəzdən gələn təlimatlarla hərəkət edirlər. 

- Məlumata görə, terrorçuların bir qismi aprel döyüşlərindən sonra Qarabağa yerləşdirilib. Bu barədə nə deyə bilərsiniz?

 



- Aprel döyüşləri ərəfəsində Suriyadan 400 PKK terrorçusu Türkiyənın Ağrı bölgəsindən Ermənistana keçib. Onların 150-si erməni əsillidir. Digərləri isə kürdlərdir.

Bundan əlavə İranda 3 milyon əfqan qaçqın var. Onların 950-si qanuni olaraq İranda yaşayır. Yerdə qalan 2 milyondan çox əfqan isə qeyri-qanuni yolla İrana keçib. İran onlardan istifadə edir. Onların Tehran və Şirazda xüsusi düşərgələri var. İran onları İŞİD-ə qarşı döyüşmək üçün Suriyaya göndərir. İndi bu taktikanı Ermənistan həyata keçirməyə çalışır. Ermənistan Qarabağ bölgəsində əfqanlardan faydalanmaq istəyir. Ermənistan əfqanları pul müqabilində xristianlaşdırıb, Qarabağa göndərir. 

Ermənistan həmin şəxslərə aylıq 1500-3000 dollar pul verir. Onlar əvvəlcə beş il müddətində əsgər kimi xidmət edirlər. Daha sonra onlara Ermənistan vətəndaşlığı verilir. Sonda isə həmin şəxslərə viza verilərək Avropaya göndərilir. Onların məqsədləri Avropa üçün viza almaqdır. 

Ermənistanda əfqanlar üçün təlim mərkəzləri də var. Hazırda ermənilər İrandakı əfqanları seçib Ermənistana aparırlar. Ümumilikdə, ermənilərin məqsədi İrandan 8 minə yaxın əfqanı Ermənistana aparmaqdır. Ermənistanda PKK-ya yaxın adamlar qeyd etdiyim məlumatı təsdiqləyiblər. 

- Sizcə, İran terrorçuların Qarabağda yerləşdirilməsinə kömək edir?

- İranın indiki fəaliyyəti Tehran və Şirazdakı təlim mərkəzlərindəki əfqanları Suriyaya İŞİD-ə qarşı döyüşə göndərməkdir. Ermənistan İrana baxaraq bunu təkrarlayır. Ermənistanın belə bir fəaliyyətə al atmasının səbəbi 2016- ildən bəri erməni analarının bu ölkənin Müdafiə Nazirliyinin önündə etiraz aksiyası keçirməsidir. 

Erməni analar tez-tez “biz övladlarımızı hərbi xidmətə göndərmirik, Qarabağ bizim deyil, övladlarımız niyə orada ölsün” kimi şüarlar səsləndirirlər. Çoxlu sayda erməni gənc hazırda ya Türkiyəyə, ya Moskvaya, ya da Avropaya qaçır. Ermənistanda xidmət üçün əsgər tapılmır. Əsgər çatışmazlığı ilə üz-üzə qalıb. 

Əldə etdiyimiz digər məlumata görə, aprel döyüşlərində ermənilər 12 meyitdən imtina ediblər. Onların Ermənistana məxsus olmadığını bəyan ediblər. Meyitləri tapılan şəxslər Ermənistana xaricdən gələn terrorçu qruplaşmaların üzvləridir. Onlar aprel döyüşlərində ermənilərlə birlikdə Azərbaycana qarşı döyüşüblər və həlak olublar. Ermənilər həmin terror qruplaşmasının üzvlərinə öz hərbi formalarını geyindirib, Qarabağda döyüşə göndəriblər. Onlar Ermənistanın rəsmi əsgərləri deyil. Bunlar Ermənistan prezidenti Serj Sarkisyanın göstərişi ilə həyata keçirilir. Ermənistan prezidenti Serj Sarkisyan bununla bağlı göstərirlər verir. Sarkisyan buna “ok” deməsə, heç kim buna razılıq verə bilməz. 


 
​​​​​​​

Terrorçu qruplaşmalar İran, Türkiyə, Gürcüstan və Azərbaycan üçün təhlükədir. Çünki Ermənistan bu dörd ölkədən torpaq istəyir. Torpaqları ələ keçirmək üçün terrorçulardan istifadə edirlər. Qarabağ Fələstin kimi terrorçuların məskəninə çevrilib. Ermənistan həmin terorrçuları pulla satın alır. Ermənilər bütün bunları “Böyük Ermənistan” xəyallarını həyata keçirmək üçün edirlər. 

-Bu yaxınlarda Tehranda baş verən terror aktlarında ermənilərin rolunun olduğuu qeyd etmişdiniz. Bu haqda fikirlərinizi bilmək istərdik.

-Tehranda baş verən partlayışları birbaşa olaraq İŞİD törətməyib. Çünki İŞİD Tehrana yaxşı bələd deyil. İŞİD İrana girə bilməz. İran kəşfiyyatı buna icazə verməz. Onları Tehrana yalnız PKK hərbçiləri PJAK gətirib. İŞİD nə bilir ki, Tehranda partladılan məscid harda yerləşir və yaxud İran parlamenti haradadır?! Onlara yerli qruplar yardım etməslər həmin qruplaşmalar terror hadisələri törədə bilməzlər. 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar