PKK-nı silahlandıran ölkə bəlli oldu (FOTO)
18.08.2015 2367 0.0 0

İŞİD-ə qarşı döyüşmək üçün göndərilən Almaniya silahları PKK terror təşkilatının əlinə keçib.

Məlumata görə, bu iddia ilə Almaniyanın “Der Spiegel” jurnalı çıxış edib. Jurnalın iddiasına görə, PKK-nın Türkiyə ordusuna son hücumları bunu bir daha sübut edir.

Peşmərgə qüvvələrinə göndərilən amma PKK-nın əlinə keçdiyi ehtimal edilən silahlar Almaniya istehsalı tank əleyninə raket “MILAN” və yüksək izləmə qabiliyyətinə malik “DM51A1” model əl qumbaralardır. 


PKK döyüşçüləri


Alman silahlarının PKK-nın əlinə keçməsi ilə bağlı iddialar müzakirə olunduğu bir vaxtda Türkiyənin Adana şəhərində zibilliklərdən istifadə olunmuş Almaniya istehsalı "MILAN" raketinin qalıqları polis tərəfindən aşkar edilib. 

 

"MILAN" raketinin qalıqları


Almaniya və Fransanın birgə istehsalı olan “MILAN” raketi 1970 ci ildə müasir tank əleyninə hücumlada istifadə üçün moderinləşdirilib. Raket uzaqdan idarə olunur və 2000 metr uzaqlıqda uçan helikopteridə vura bilir.

 

Almaniya istehsalı “MILAN” raketi

 


Almaniya istehsalı “DM51A1” model əl qumbaraları


PKK-nı bilavasitə silahladırdığı iddia edilən Almaniya Türkiyə-PKK münaqişəsində vasitəçi olmaq istədiyini bildirmişdi.

Bu istəklə Almaniyanın xarici işlər naziri Frank Valter Ştayn-Mayer özünün xüsusi nümayəndəsi Andreas Mixaelisi danışıqlar aparmaq üçün Ankaraya rəsmi səfərə göndərib. Səfər çərçivəsində Almaniya təmsilçisinin Türkiyənin bir çox rəsmiləri ilə, həmçinin xarici İşlər nazirinin müşaviri Feridun Sinirlioğlu ilə də görüşüb.

Almaniyalı diplomatın qarşısına türk-kürd probleminin həllində sülh variantlarının axtarışı ilə bağlı mühüm tapşırıqların qoyulduğu deyilir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar