Türkiyənin Ədalət naziri Kənan İpək, terror təşkilatı PKK-lideri Abdullah Öcalanın öldüyü ilə əlaqədar yayılan xəbərlərin həqiqətə uyğun olmadığını açıqlayıb.
K.İpək verdiyi yazılı açıqlamada, son günlərdə bəzi internet saytlarında terror təşkilatı PKK lideri həbsdə olan Abdullah Öcalanın öldüyünə dair bəzi xəbərlərə yer verildiyini və bu xəbərlərin sosial şəbəkələr üzərindən yayıldığının müşühidə olunduğunu qeyd edib.
Daha sonra nazir, Abdullah Öcalanın öldüyü istiqamətdə yazılan yazıların həqiqət olmadığını və bu xəbərlərin müəyyən məqsədlər üçün ortaya atıldığını bildirib.
Qazeta.info əlavə olaqar bidirək ki, Türkiyədə PKK-ya yaxınlığı ilə tanınan saytlar və Türkiyədə bəzi siyasətçilər sosial şəbəkələr vasitəsilə Abdullah Öcalanın öldüyünü haqda xəbər yayıblar.