PKK LİDERİ ÖLDÜRÜLDÜ
17.01.2015 1018 0.0 0

IŞİD-ə yaxın saytlarda yer alan xəbərə görə, Kobaninin İŞİD ilə kürd qüvvələri arasında davam edən qarşıdurmalarda, PKK-nın ən yüksək səviyyəli üç adından biri olan Bahoz Erdal (Fehman başçı) ani bir hücum nəticəsində öldürülüb.


Türkiyə mətbuatının yaydığı məlumata görə , Bahoz Erdal, Şimali İraqdan YPG şəbəkələrinə mənəvi dəstək vermək və müqaviməti gücləndirmək etmək üçün Kobanidə olub. Şəhərin "Azadi" (Azadlıq) meydanında araşdırmalarda olarkən İŞİD-in qəfil  hücumuna məruz qalıb. Hücumda Bahoz Erdal mühafizəçiləri və YPG xadimlərinin əhatəsində olmasına baxmayaraq, üzü parçalanaraq həyatını itirib. Hadisənin xəbərini alan Kandil, Bahoz Erdalın ölümünün gizlədilməsi əmrini verildiyi bildirilir.

Məlumat üçün bildirək ki, Dr. Bahoz Erdal adıyla bilinən əsl adı Fehman Hüseyn olan terrorist lider 1969-ci ildə Suriyada anadan olub. Gənclik illərində Şamda tibb təhsili alıb. Öcalanın tutulmasının ardından Murat Karayılan və Cəmil Bayıkla birlikdə PKK təşkilatının  idarə etməsini ələ keçirib. 2004 və 2009 illəri arasında təşkilatın hərbi qanadı olan Xalq Müdafiə Güclərinin kumandanlığını edib. Son olaraq da Kürdüstan Azadlıq Şahinləri  adlı  qrupu idarə edirdi.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar