PKK hücum etdi, iki şəhid
04.08.2015 608 0.0 0

Türkiyə yenə şəhid verdi. İhlas xəbər agentliyinə istinadla verdiyi məlumata görə, bu dəfə Şırnakda hərbçilər terrorçuların hücumuna məruz qalıblar. 

Şırnakın mərkəzindən 10 km aralıda yerləşən Araköy mövqeyində yolun təhlükəsizliyini təmin edən zirehli maşının keçidi zamanı terrorçuların yola döşədiyi mina partlayıb. 

Hadisə zamanı iki əsgər şəhid olub, daha iki nəfər isə yaralanıb. Bölgəyə əlavə yardım göndərilib. Təhlükəsizlik məqsədilə yol hər iki iqtiqamətdən bağlanılıb. 

Xatırladaq ki, son bir ayda Türkiyədə terror aktlarının sayı artıb. Hadisələr Surucda baş verən terror aktından sonra daha da çoxalıb. 
İyulun 20-də gündüz saatlarında Türkiyə Şanlıurfa vilayətinin Suruc rayonunda kamikadze terrorçunun aksiyada törətdiyi partlayış nəticəsində 32 nəfər ölüb, yüzdən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu hadisəni bəhanə edən PKK tərəfdarları Türkiyənin müxtəlif şəhərlərində zorakılıqlar və hətta ölümlə nəticələnən aklsiyalar keçiriblər. 

PKK silahlılarının hücumu nəticəsində 10-dan artıq şəhid verilib, yollar kəsilib, onlarla maşın yandırılıb. 

 

 

PKK terrorçularının od vurduğu maşınlar

Ümumiyyətlə PKK son bir ayda müntəzəm olaraq hücumlar həyata keçirir. Ancaq ötən gecə 5 basqın olub. 

Bingöldə yola döşənən mina əsgərlərin keçidi zamanı partladılıb. Diyarbakırın Silvan rayonunda isə inşaası davam edən su aanbarına raket atılıb. Daha bir hücum isə Diyarbakırın Kulp polis idarəsinə edilib. Polis binasına atılan iki raketdən sonra silahlı insident başlayıb. Qaçan terrorçuların yaxalanması üçün əməliyyat başlayıb. 

Nusaybin-Midyat yolunda terrorçular bir tanker ilə bir TIR-a alov vuraraq qaçıblar. /anspress/

 

Qaçan terrorçuların yaxalanması üçün əməliyyat keçirilir


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar