PKK Azərbaycan sərhədinə hücum etdi
08.09.2015 910 0.0 0

İğdırdakı Dilucu Sərhəd qapısındakı məmurları müşayiət edən polis qrupuna bombalı hücum olub. Ölən və yaralananlar var.

Məlumata görə, hadisə Türkiyə ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında baş verib. Dilucu Sərhəd keçid məntəqəsində məmurları müşayiət edən bir qrup polisə bombalı hücum 12 polisin şəhid olması, beş polisin isə yaralanması ilə nəticələnib. Yaralılar dərhal Dövlət İğdır Xəstəxanasına yerləşdirilib. Xəasarət alanların vəziyyətinin ağir olduğu deyilir və her kəsdən onlar üçün qan verilməsi xahiş olunur.

 


İğdır Dövlət Xəstəxanası


Azərbaycan tərəfdən hələ ki, heç kimin xəsarət alması və ya ölməsi xəbəri yoxdur.

Dağlıcda 16 əsgərin şəhid olmasından sonra Türkiyə bu gün daha 11 şəhid verib.

Hadisə ilə bağlı əməliyyatlar davam edir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar