PKK 30 azərbaycanlını saxladı
01.08.2015 618 0.0 0

S.Musayev deyib ki, onların məqsədləri camaatı qorxutmaq olub. Bizi saxladıqları müddətdə uşaqları dağa göndərməyi, hakim partiyaya qarşı mübarizəyə çağırışlar ediblər. 


Ötən gecə PKK terrorçularının Türkiyədə Qars-Ərzurum-İqdır magistral yolunu bağlayaraq girov götürdüyü 70 nəfər arasında azərbaycanlılar da var. Bu barədə məlumatı  Türkiyədə təhsil alan Sənan Musayev adlı tələbə verib. Onun sözlərinə görə, 70 nəfər arasında 30-a yaxın azərbaycanlı olub. 

"Avtobusda olanlar Ərzuruma müalicə məqsədi ilə gediblər. Avtobusda olanlar arasında mənim qardaşım Səbrin də var. PKK üzvləri onların əlindən sənədləri və pulları alandan sonra buraxıblar. Hazırda sənədsiz qalan şəxslər Azərbaycan tərəfə keçə bilmirlər".

 “İHA”ya istinadən verilən məlumata görə, 70 girovu 2 saat sonra azadlığa buraxan terrorçular Kağızman bələdiyyəsinə aid avtobusu və 3 TIR-ı od vuraraq yandırıblar. Polis və jandarm qüvvələri bölgədə təhlükəsizlik tədbirlərini gücləndiriblər. 

 

Səbri Musayevin  verdiyi məlumata görə, PKK-nın saxladığı avtobus Türkiyədən Naxçıvana gəlirmiş. "Türk şirkətinə məxsus avtobusda məndən başqa 30-35 azərbaycanlı olub. Bizi 5 saat girov saxladıqdan sonra buraxıblar. Daha sonra bəzi sərnişinlərin pasportlarını qaytarıblar. Bəziləri isə avtobusda qalıblar". 

Tələbənin sözlərinə görə, terrorçular sərnişinləri düşürdüşdən sonra avtobusu dərədən aşırıblar. "İndi onu çıxarmaq üçün texnikanı gözləyirlər". 

S.Musayev deyib ki, onların məqsədləri camaatı qorxutmaq olub. Bizi saxladıqları müddətdə uşaqları dağa göndərməyi, hakim partiyaya qarşı mübarizəyə çağırışlar ediblər. 

 


Xatırladaq ki, iyulun 17-də PKK Naxçıvanla sərhəddə qorxu dolu anların yaşanmasına səbəb olub. İftar vaxtı bir qrup terror təşkiları üzvü İğdırdan Naxçıvana sərhəd keçid məntəqəsi olan Dilucuya gedən yolu kəsib. PKK üzvləri yoldan keçən TIR-ı saxlayıblar. Onlar sürücünü maşından düşürdükdən sonra avtomobilə od vurublar. 

 


Naxçıvan sərhəddində yandırılan TIR


Terror təşkilatı mütəmadi olaraq Qars-Ərzurum-İqdır magistralında avtomobillərər hücum edir, maşınları yandırır. 

Türkiyədə iyul ayının 20-də Şanlıurfanın Suruc rayonunda 32 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra genişmiqyaslı antiterror əməliyyatına başlayıb. Bu hadisəni bəhanə edən PKK tərəfdarları Türkiyənin müxtəlif şəhərlərində zorakılıqlar və hətta ölümlə nəticələnən aksiyalar keçiriblə


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar