Pirallahıda meyitin tapılması xəbərinə aydınlıq gətirildi (VİDEO)
06.12.2015 739 0.0 0

SOCAR Pirallahıda meyitin tapılması xəbəri ilə bağlı açıqlama verib.

Məlumata görə, SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov "Günəşli" yatağında baş vermiş qəza ilə əlaqədar keçirilən mətbuat konfransında bildirib ki, sözügedən ərazidə meyitin tapılması ilə əlaqədar Dövlət Neft Şirkətinə zəng vurulmuşdu.

"Əməkdaşlar əraziyə yollandı. Amma bu xəbər təsdiqini tapmadı", deyə Xalik məmmədov bildirib./anspress/


***20:24***

Xəzərdəki faciədən üzücü xəbər

Təəssüf ki, yanğın nəticəsində itkin düşənlərdən hələ indiyə qədər heç kim tapılmayıb.

Məlumata görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kadr Rejim və İnformasiya Texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov "Günəşli" yatağında baş vermiş qəza ilə əlaqədar SOCAR-ın rəhbərliyinin mətbuat konfransında deyib.

Onun sözlərinə görə, dəniz üzərində gödəkçələr tapılıb. Lakin həmin gödəkçələrdə insan olmayıb. X.Məmmədov bildirdi ki, neftçilərin xilas olunması üçün mindikləri qayığın da qalıqları aşkarlansa da təəssüf ki, hələlik heç bir neftçi tapılmayıb:

"Külək qayığı estakadanın ayağına çırpıb, qayığı sındırıb. Qayıq havada sınıb və dənizə düşüb. Ona görə də işçilər dənizə düşüb. Qayıqlarla bağlı heç bir problem olmayıb. Külək 1 -2 saat əssə idi insanları xilas etmək olardı. Amma külək 27 saat davam edib".

Onun sözlərinə görə, Dövlət Sərhəd Xidmətinin 7 gəmisi və 4 helikopteri, Fövqəladə Hallar Nazirliyinin 4 helikopteri, o cümlədən Xəzər Dəniz Gəmiçiliyinin yedək gəmiləri xilasetmə işlərinə cəlb olunub.

X.Məmmədov bildirilib ki, hazırda SOCAR-ın prezidenti Rövnəq Abdullayev və digər qurumların rəhbər şəxsləri hadisə yerində yaradılmış qərərgahdadırlar.

Vitse-prezident onu da əlavə etdi ki, axşam olduğuna görə helikopter vasitəsilə axtarışlar dayandırılıb, gəmilərlə isə davam etdirilir. Xalik Məmmədovun sözlərinə görə, hazırda bir qaz quyusunda yanğın davam edir.

SOCAR rəsmisi xəstəxanada olan yaralılar barədə də açıqlama verib. O bildirib ki, stasionar şəraitdə müalicə alan neftçilər 1 həftə və ya 10 gündən sonra evə buraxılacaqlar. Xəstələrdən biri isə 1 aydan sonra xəstəxanadan çıxacaq./anspress/

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar