Pilləkən çıxarkən nəfəsiniz çatmırsa...
08.08.2016 745 0.0 0

Müdaxilə edilməmiş ürək çatışmazlığı ani ölümə səbəbi ola bilər. Mütəxəssislər bildirir ki, ayaqlarda şişmə, nəfəs alıb vermədə çətinlik, qırıq-qırıq nəfəs alıb-vermə kimi şikayətləri ciddi qəbul etmək lazımdır. Qırıq-qırıq nəfəs alırsınızsa, ayaqlarınızda şişmə, pilləkənlərdən çıxarkən nəfəs darlığı yaşayırsınızsa, bunun səbəbi ürək çatışmazlığı ola bilər. Türkiyəli kardioloq Mustafa Sağlam deyir ki, ürək xəstəliyi sol tərəfdə baş verdiyinə görə vəziyyətin ağciyərlərə, sağ hissədə isə qaraciyərə və bədənin boyun, ayaq kimi digər bölgələrinə də təsiri olur. Mütəxəssisin bu barədə fikirlərini təqdim edirik. 

 

Ani ölüm səbəbi ola bilər

 

Həkim bildirir ki, ürək orqanizmdə nasos funksiyasını yerinə yetirir, qanın orqanizm boyu dövr etməsini təmin edir. Qan orqanizmin fəaliyyəti və yaşaması üçün lazım olan oksigen və qidalı maddələri orqan və sistemlərə çatdırır. Ürəyin nasos funksiyası pozulduqda isə ürək çatışmazlığı inkişaf edir. Xəstə daha əvvəl asanlıqla getdiyi yolu bir müddət sonra zorla getməyə başlayır, nərdivan çıxarkən nəfəs darlığı yaşayır, düz yastıqda yata bilmir. Bir az keçdikdən sonra ürəyin sağ hissəsində ağrılar başladıqda ayaqlarda və bel bölgəsində şişmə meydana gəlməsi ürək çatmazlığı əlamətlərini göstərir.

 

Ürək çatışmazlığının arxasında duran ən əhəmiyyətli və riskli vəziyyətlərdən biri də ürək-damar tıxanıqlığı, ürək-qapaqcıq xəstəlikləri, yüksək təzyiq və infarktdır: “İnfarktla bağlı ölü toxuma meydana gəlibsə, ürək çatışmazlığı sağalan deyil. Lakin nəfəs darlığı damar tutulmalarına bağlı olan infarkta səbəb olacaq səviyyədə deyilsə, o zaman ürək çatışmazlığı müalicə edilə bilər. Ürəyin daim sürətlə işləməsi isə ritm pozuqluğu yaradaraq, ürək çatmazlığına səbəb olur. Bu problem tənzimlənərək xəstəlik müalicə edilir. Müalicə xəstənin fiziki müayinə və şikayətlərinə əsasən aparılır”.

 

Ürək çatmazlığı diaqnozu xəstənin heç bir şikayəti olmadan da “check-up” vasitəsilə aşkar edilir. Müayinə üsullarına ağciyərin yoxlanması, elektrokardioqrafiya (EKQ) və ürək ultrasəsi (exokardioqrafiya) daxildir. Exokardioqrafiya ilə ürək əzələsinin gücü və funksiyaları ətraflı olaraq araşdırılır./lent.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar