Məkkədə İslam peygəmbəri Həzrəti Məhəmmədin (s.a.s) doğulduğu evin yerində Səudiyyə Ərəbistan rəhbərliyi kral sarayı inşa etmək istəyir.
Bu barədə İngiltərənin "Independent" qəzeti iddia edib ki, peygəmbərin Meraca getdiyini işarələyən 500 illik sütunlar yıxılıb.
Qəzet yazır ki, Səudiyyə rəhbərliyi Kəbənin içində olduğu Məscidi-Haramın genişlənməsi layihəsi çərçivəsində kral sarayı inşa etmək istəyir. Və kral sarayının inşa ediləcəyi yer isə peygəmbərin doğulduğu evin ərazisidir.
Genişlənmə layihəsi çərçivəsində indiyə kimi yüzlərlə tarixi bina və abidə yox edilib.
ABŞ-ın Gulf İnstitutu lüks otellər, binalar və ticarət mərkəzləriinin inşa edilə bilməsi üçün Məkkədəki min illik tarixi binaların və abidələrin 95 faizinin məhv edilləcəyinə diqqət çəkib.
Məkkə sakinlərinin hakimiyyətdən qorxduğu üçün tarixi abidələrin dağılmasına reaksiya vermədiyi bildirilir.
Səudiyyə rəhbərliyi isə Kəbənin genişləndirilməsi məqsədi ilə tarixi abidələrin dağılmasının lazım olduğunu bəyan etməkdədir.
Qeyd edək ki, Səudiyyə rəhbərliyi vəhabi olması ilə diqqət çəkir. Vəhabilərin isə müqəddəs məkanlara münasibəti bəlli olduğundan Səudiyyə rəhbərliyinin bu addımını təriqətlərinə sadiqliyi ilə əlaqələndirmək olar. İkinci bir tərəfdən isə Kəbənin genişləndirilməsi planı hər il Həcc mövsümündən milyardlarla dollar qazanan Səudiyyə Kral ailəsinin biznes maraqlarından irəli gəlir.//ANSPRESS