Açılış Mərasimində yunan bayrağını daşıyan Elefterios Petrouniyas halqa üzrə usta idmançıdır. Buna baxmayaraq, o, Bakı 2015-də çoxnövçülük üzrə yarışlarda iştirak edəcək.
Qazeta.info-nun məlumatına görə, idmançı Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatından qayıtdıqdan sonra məşqlərə yalnız 20 gün vaxt sərf edib. Bakıda keçirilən çoxnövçülük yarışları onun ilk təcrübəsidir.
Petrouniyas indiyədək başqa hərəkətlərdə - sərbəst üsul və gimnastika atında çıxış edib. "Amma çoxnövçülük üzrə uzun illərdir ki, yarışmıram. Bu qəribə və həyacanvericidir" - deyə idmançı bildirib.
Qlazqoda 2015-ci ilin dünya çempionatı üzrə hazırlaşmaq üçün Petrouniyas Bakıda çoxnövçülük üzrə təcrübəsindən istifadə edəcək. Burada o, Rio 2016 Olimpiya Oyunlarına bilet qazanmağa ümid edir. Bunun üçünsə idmançı yarışı ilk üçlükdə bitirməlidir.