Peterburq metrosunda partlayışı terrorçu-kamikadze törədib
04.04.2017 853 0.0 0

İlkin araşdırmalara əsasən, Peterburq metrosunda partlayış terrorçu-kamikadze tərəfindən törədilib.

 

APA-nın xəbərinə görə, bu barədə TASS agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

 

“Cinayətkarın şəxsiyyəti artıq müəyyənləşdirilib. O, Orta Asiya mənşəlidir və Suriyada döyüşən  silahlılarla əlaqəsi olub”, deyə mənbə bildirib.

 

Onun sözlərinə görə, vaqonda  200-300 qram trotil ekvivalenti gücündə əldəqayırma bomba partlayıb. Mənbə həmçinin bildirib ki, "Texnoloji institut" və "Sennaya ploşşad" stansiyaları arasında işə salınan partlayıcı qurğu  bir qədər sonra "Ploşşad Vosstaniya" stansiyasında zərərsizləşdirilən partlayıcı ilə eyni olub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar