Peşman oldular! Liviyalıların Qəddafi həsrəti
19.09.2016 1426 0.0 0
İngiltərə Parlamentinin Müdafiə Komitəsi Liviyanın süqutu və ölkədə İŞİD-in mövqesini gücləndirməsi ilə əlaqədar olaraq keçmiş baş nazir David Kameronu ittiham edən hesabatından sonra "Daily Mail" qəzeti ölkənin dünəni və bu günü arasındakı fərqi göstərən reportaj hazırlayıb. 
 
Məlumata görə, reportajda liviyalılar beş ildir davam edən münaqişələrin yeritdiyi zorakılıq, enerji fasilələri, qıtlıq və qaçqın böhranlarından şikayət edərək, keçmiş günlərə olan həsrətlərindən danışıb. Qəzet xəbərində ayrıca olaraq şəxsən Müəmmər Qəddafiyə qarşı vuruşmuş keçmiş rejim əleyhdarı silahlıların fikirlərinə də yer verib.
 
NİFRƏT HƏSRƏTƏ ÇEVRİLDİ
 
Məhəmməd adlı 31 yaşlı keçmiş dissidenti, "2011-ci ildən qabaq Qəddafiyə hamıdan çox nifrət edirdim, amma indi həyat daha çətindir və mən onun ən böyük tərəfdarlarından biri halına gəlmişəm", - deyib.
 
Harun adlı neft sənayesində işləyən Liviyalı isə fikirlərini, "Qəddafidən xilas olmaq böyük bir səhv idi, çünki demokratiya üçün hazır deyildik və beynəlxalq cəmiyyətin heç gəlməyən dəstəyinə ehtiyacımız var", - söyləyib.
 
XAOS VƏ QEYRİ-SABİTLİK QALDI
 
Adının Fadil olduğu söylənən aktivist, "Bu günlərin Qəddafi dövründən daha yaxşı olacağını düşünmüşdük, lakin indi yerdə yalnız xaos qalıb. Hər kəs bir-biri ilə vuruşur, hər şey darmadağındır", - deyərək, Qəddafi əleyhdarlarının NATO və ABŞ tələlərinə düşdüklərini etiraf edib.
 
Digər tərəfdən, Tripolidə Tibb Universitetinin tələbəsi olan 26 yaşlı Salem isə ABŞ və İngiltərənin başlatdığı müharibədən sonra ümidlərinin sürətlə yox olduğunu deyib: "2011-ci ildən bu yana Qəddafinin 42 illik səltənəti boyunca ölən insan sayından daha çox insan öldü. Qəddafi dövründə bu cür problemlərimiz yox idi. Hər zaman pulumuz və işığımız var idi. Bəlkə insanların yüksək əməkhaqları yox idi, amma hər şeyi ucuz alırdıq, həyat daha sadə idi"/faktxeber.com/

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar