Peskovun qızı:İkili standart yürüdüldüyünü hiss edirəm
03.04.2016 649 0.0 0

 Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dimitri Peskovun qızı Liza Peskova beynəlxalq ictimaiyyətin Türkiyədə törədilən terror aktlarına biganə qalmasını tənqid edib.

Türkiyə mətbuatına istinadən verilən məlumata görə, atası Dimitri və babası Vladimir Solotsinki kimi türkoloq olmaq üçün Moskva Dövlət Universitetində türk dilini  öyrənən Peskova, özünün “İnstagram” hesabından paylaşdığı bir mesajda beynəlxalq ictimaiyyəti günahlandırıb. Peskova bildirib ki o, Ankarada doğulub və  həyatının ilk illərini də orada keçirib:

“Atam və babam türkoloqdur və mən də Moskva Dövlət Universitetinde türk dilini öyrənirəm. Bir insan olaraq küskünəm və ətrafımızdakıların ikiüzlü olduğunu və ikili standart yürütdüyünü hiss edirəm. Nə üçün  internet türk bayraqları ilə dolu deyil? Ankarada bazar günü axşam (martın 13-də ) evinə avtobusla qayıdan insanların ölümü, Parisdəki insanların ölümündən daha önəmsizdir? Yəni terror hücumları daha vacib və az vacib deyə iki kateqoriyaya ayrılıb?”.

 

        

Dimitri Peskovun qızı Liza Peskova

Türkiyədə doğulduğunu, həmin ölkə ilə yanaşı Rusiya və Fransada da yaşayıb təhsil aldığını qeyd edən Liza, türk dostları olduğunu da qeyd edib: “Rusiyada, Fransada ve Türkiyədə terror hadisələrini öz kədərim olaraq görürəm. Çünki xüsusilə bu üç ölkə mənə yaxındır. Ancaq bununla yanaşı belə fəlakətlə qarşılaşan başqa ölkələrin insanlarına da dərin hüznlə başsağlığı verirəm”.


Terrora qarşı dünyanın “tək yumruq” olmalı olduğunu vurğulayan Peskova sözlərinə belə davam edib:

“Terror hadisələrini vacib və lazımsız olaraq, ya da coğrafi və etnik xüsusiyyətlərinə görə ayırdığımız müddətdə biz terrorizmi məğlub edə bilmərik. Hər terror aktının ardından dəstək və nümayiş etdirsək, dövrümüzün bu bəlasını məğlub edə bilərik”.

Prezidentin mətbuat katibinin qızı sonda mesajını türkcə ifadələrlə bitirib: “Türkiyə, ailəm və mən sizinlə bərabərik və kədərliyik”.

 

    

Liza Peskovanın "İnstagram"dakı statusu

Türkiyənin paytaxtı Ankarada son 5 ayda 3 dəhşətli terror aktı törədildi. Bu partlayışlar nəticəsində 174 nəfər ölüb, 700-ə yaxın insan yaralanıb. Türkiyə mətbuatı hər üç terror aktının bir-biri ilə bağlantılı olduğunu yazır. Hökumətə yaxın bəzi xəbər agentlikləri son iki terror  aktının Azərbaycanla əlaqəli olduğunu xüsusi vurğulayır. Bu barədə bir az sonra danışacağıq.
Türkiyə paytaxtı Ankaranın Kızılay səmtində martın 13-də axşam saatlarında böyük  partlayış olub. Nəqliyyat vasitələrinin yandığı barədə xəbərlər gələn bölgəyə təhlükəsizlik gücləri, təcili yardım avtomobilləri və xilasetmə qrupları sövq edilib.

Hadisənin şahidləri partlayışın yerli vaxtla saat 18.35-də (Bakı vaxtı ilə 20.35-də) Güvenpark yaxınlarında meydana gəldiyini söyləyirlər. 

Bu dəfəki partlayış “17 fevral” terror aktının törədildiyi yerdən təxminən 500 metr aralıda baş verib və 37 nəfər ölüb, 125-dən çox insan yaralanıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar