Peskovdan Dağlıq Qarabağ gərginliyin azalması barədə açıqlama
12.05.2016 507 0
“Rusiya Dağlıq Qarabağ münaqişəsində gərginliyin azaldılması ilə bağlı hər bir addımı alqışlayır”.
Məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşü ilə bağlı suala cavabında deyib. O, görüşün keçirilib-keçirilməyəcəyi haqda məlumata malik olmadığını söyləyib. D Peskov bildirib ki, Rusiya münaqişənin deeskalasiyası və tərəflərin dialoqa qayıtması ilə əlaqədar atılan addımları alqışlayır.
Qeyd edək ki, Rusiyanın "İnterfaks" agentliyi mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilə biləcəyini xəbər verib. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər