Peskov: Rusiya rejimlərin dəyişdirilməsi ilə məşğul olmur
15.09.2015 661 0
Rəsmi Moskva rejimlərin dəyişdirilməsi ilə məşğul olmur, Suriya ilə bağlı isə hər hansı danışıqlar aparmır.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.
“Mən bir daha xatırladıram. Həm xarici işlər naziri, həm də prezident səviyyəsində rəsmi Moskva dəfələrlə bəyan edib ki, rejimlərin dəyişdirilməsi ilə məşğul olmur. Suriyanın taleyini gizli danışıqlar yox, Suriya xalqı həll etməlidir”, deyə D.Peskov bildirib.
Xatırladaq ki, “Bloomberg” agentliyi Rusiyanın Suriya lideri Bəşər Əsədin hakimiyyətdən devrilməsi üçün danışıqlar apardığına dair məlumat yayıb.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər