Peskov: `Suriya və Türkiyə ilə təmasdayıq`
22.01.2018 766 0.0 0

"Rusiya Türkiyənin Afrindəki hərbi əməliyyatını diqqətdə saxlayır. Moskva Suriya və Türkiyə nümayəndələri ilə təmasdadır".

 

Məlumata görə, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. o, əvvəlki kimi, Suriyanın ərazi bütövlüyünün qorunub saxlanılmasını əsas hesab etdiklərini söyləyib: "Sözsüz ki, Afrin rayonunda baş verənlərlə əlaqədar humanitar vəziyyəti də diqqətlə izləyirik". 
 
D. Peskov Moskvanın Türkiyə Hərbi Qüvvələrinin əməliyyatı ilə bağlı əvvəlcədən xəbərdar olunması haqda suala isə cavab verməyib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar