Peskov: `Putin Ukrayna ilə bağlı danışıqlara hazırdır`
15.02.2022 376 0
Rusiya Prezidenti Vladimir Putin Ukrayna ətrafında vəziyyətlə bağlı danışıqlara hazırdır.
CNN-ə istinadən xəbər verilir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, qeyd edib ki, Rusiya rəhbəri həmçinin təhlükəsizlik zəmanəti ilə bağlı dialoqa hazırdır.
"Hər şeydən əvvəl Prezident Putin həmişə danışıqlarda və diplomatiyada təkid edib. Əslində, o, Rusiya Federasiyası üçün təhlükəsizlik təminatları məsələsinin təşəbbüskarı olub. Ukrayna problemin yalnız bir hissəsidir, bu, Rusiya üçün daha böyük təhlükəsizlik təminatı probleminin bir hissəsidir. Və əlbəttə ki, Prezident Putin danışıqlara hazırdır”, - Peskov bildirib./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər