"ABŞ diplomatlarına qarşı görüləcək tədbirlər Konqresin qəbul etdiyi anti-Rusiya sanksiyalarına cavabdır".
Qazeta.info APA TV-nin məlumatına əsasən bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.
O, eyni zamanda məhdudiyyətlərin tətbiqinə şəxsən prezident V. Putinin göstəriş verdiyini bildirib.
Xatırladaq ki, bir qədər əvvəl Rusiya Xarici İşlər Nazirliyi ABŞ-a qarşı kontr-sanksiyalar barədə qərar verildiyini açıqlayıb. Belə ki, bu ölkədən olan diplomatlar avqustun 1-dən etibarən səfirliyin balansındakı bağ evindən istifadə edə bilməyəcək. Bundan əlavə, rəsmi Vaşinqton Rusiyadakı diplomatların sayını azaltmalıdır.
Qeyd edək ki, ABŞ Konqresi Rusiyanın Nyu-York Konsulluğu və Vaşinqtondakı Səfirliyinin əmlakının müsadirəsi, 35 rus diplomatının 72 saat ərzində ölkədən çıxarılması, habelə səfirlik əməkdaşlarının sayının azaldılmasına qərar verib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bunu beynəlxalq hüququn kobud şəkildə pozulması kimi dəyərləndirib.