Pentaqon Rusiyaya nüvə zərbəsi endirməyə hazırlaşır – ŞOK ƏMR
30.01.2017 1868 0.0 0

ABŞ Silahlı qüvvələrinin strateji komandanlığı və kəşfiyyat qurumları Rusiya və Çinin dövlət strukturlarının nüvə zərbəsinə dözmək qabiliyyətini tədqiq edirlər.

Məlumata görə, bu haqda “Bloomberg” agentliyi bildirib.

Nəşr qeyd edir ki, tədqiqat hər iki əsas partiyanın təşəbbüsü ilə Konqres tərəfindən sifariş edilib. Tədqiqata ABŞ-ın Milli kəşfiyyat direktorunun dəftərxanası və Strateji Komandanlıq Qərargahı (US Strategic Command) nəzarət edir.

İcraçılar nüvə zərbəsindən sonra Rusiya və Çin rəhbərliyinin sağ qalmaq qabiliyyətini qiymətləndirərək məruzə hazılamalıdır.

Rusiya Strateji təyinatlı raket qüvvələrlərinin zabiti lenta.ru saytının əməkdaşı ilə söhbətində bildirib ki, nüvə silahının yaranmasından bu yana belə məruzələr daim hazırlanır və ABŞ ilə Rusiyada nüvə planlaşdırması çərçivəsində yenilənir./Publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar