Pentaqon: «Rusiya ABŞ-a nüvə zərbəsi endirə bilər»
27.09.2016 1182 0.0 0

Pentaqon rəhbəri Eşton Karter Rusiya və Şimali Koreyanın ABŞ-a nüvə zərbələri endirə biləcəklərini iddia edib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, müdafiə naziri bunu Şimali Dakotada hərbçilərlə görüşü zamanı bildirib.

"Rusiya çoxdan nüvə nəhəngidir. Amma Moskvanın son vaxtlar bu istiqamətdə hərəkətlərini genişləndirməsi, sistemlərini inkişaf etdirməsi bir nüvə lideri olmaqla yanaşı, onun dünyada strateji stabilliyə sadiq olduğunu kölgə altına salır". SİTAT: "Dünyada nüvə təhlükəsizliyi məsələsində indiki vaxtda ruslara inanmaq olarmı?" - deyə o qeyd edib.

Karter bildirib ki, ölkəsinə ikinci təhlükə Şimali Koreyadır. O, Pxenyanı ümumiyyətlə, bütün dünya üçün real təhlükə hesab etdiyini deyib: "Məhz bu təhlükənin qarşısını almaq üçün biz Cənubi Koreyada Raketdən Müdafiə Sistemlərimizi möhkəmləndiririk. Şimali Koreya Rusiyadan fərqli ölkədir. Amma onların hər ikisi ağlagəlməz addımlar ata bilər".

Pentaqon rəhbəri hər iki tərəfə xəbərdarlıq da edib. "İstənilən hücuma artıqlaması ilə cavab verəcəyik. Fərqi yoxdur, bu zərbə bizə və ya müttəfiqlərimizə yönəlsin. Cavabımız isə olduqca effektli olacaq", - deyə, Karter vurğulayıb.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar