Pentaqon: ABŞ Rusiya ilə müharibə istəmir
08.11.2015 639 0.0 0

 “ABŞ Rusiya ilə müharibə istəmir, nə “soyuq”, nə də “isti”. Lakin biz özümüz və müttəfiqlərimizin maraqlarını müdafiə etməkdə davam edəcəyik”.
 
RİA Novosti agentliyinə istinadən verilən məlumata görə, bunu Pentaqonun rəhbəri Eşton Karter bəyan edib.
 
Onun sözlərinə görə, rəsmi Moskva Avropada münaqişələrə rəvac verir: “Ukrayna və Gürcüstanın suverenliyi pozulub, Baltikyanı ölkələr hədələnir. Suriyada isə Rusiya vətəndaş müharibəsinin oduna yağ tökür”. Bununla belə E.Karter Rusiyanın Suriya münaqişəsində konstruktiv rol oynayacağını da istisna etməyib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar