Pensiyaların artırılması ilə bağlı yeni xəbər
13.01.2016 1142 0.0 0

Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının pensiyaların artırılmasına dair tapşırığına uyğun olaraq, Dövlət Sosial Müdafiə Fondu (DSMF) bu sahədə təkliflərin hazırlanmasında yaxından iştirak edir.
 
Qazeta.info bildirir ki, fondun İctimaiyyətlə əlaqələr sektorundan "APA-Economics"ə verilən məlumata görə, qarşıya qoyulmuş vəzifələrlə bağlı DSMF tərəfindən hazırlanacaq yeni təkliflər ictimaiyyətə təqdim olunacaqdır. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar