Penatqon Asiyada raket yerləşdirməkdə maraqlıdır
06.08.2019 520 0.0 0

Pentaqon rəhbəri Mark Esper yeni raketlərinin tezliklə Asiyada yerləşdirməsinə tərəfdar olduqlarını bildirib.

“Reuters”ə istinadən xəbər verilir ki, bunu Pentaqon rəhbəri ABŞ ilə Rusiya arasında Orta və Qısa Mənzilli Raketlərin Ləğvi Müqaviləsinin dayandırılmasından sonra ertəsi gün Avstraliyaya səfərə gedərkən bildirib.

“Biz həmin vasitələri gec yox, tezliklə yerləşdirmək istərdik. Çünki çox böyük məsafələri örtməliyik və Asiya, Hindistan – Pasifik regionu üçün orta mənzilli ənənəvi silahlar son dərəcə mühümdür”, – M.Esper deyib.

Pentaqonun yaxın bir neçə ay ərzində adıçəkilən regionda yerləşdirmək üçün alçaq uçan və 620 milədək mənzilli və 1800-2500 milədək mənzilli ballistik olmaqla iki növ raketləri sınaqdan keçirməyi nəzərdə tutduğu bildirilir. Bu məsələ M.Esperin dövlət katibi Maykl Pompeo ilə birlikdə Avstraliya, Yaponiya, Cənubi Koreyaya səfərinin gündəmində mühüm yer tutur.

Xatırladaq ki, ABŞ ötən həftə hələ 1987-ci ildə imzalanmış Orta və Qısa Mənzilli Raketlərin Ləğvi Müqaviləsindən Rusiya tərəfinin əməl etməməsini əsas gətirməklə çəkildiyini bildirmiş, Rusiya da avqustun 2-də bu müqavilədə iştirakını rəsmi olaraq dayandırdığını açıqlamışdı./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar