Pelenin oğlu həbs edilib
25.02.2017 877 0.0 0

Əfsanəvi futbolçu Pelenin oğlu həbs olunub.
 
RİA "Novosti" agentliyinə istinadən verilən məlumata görə, Edson Şolbi Nasimentu (Edinyo) 13 illik həbs cəzasını çəkmək üçün polisə gəlib.
 
Braziliya məhkəməsi 2014-cü ildə onun barəsində 33 il müddətinə həbs qərarı çıxarıb.
 
Edinyo narkotacirlərdən alınmış çirkli pulların yuyulmasında təqsirli bilinir. Lakin o, apellyasiya şikayətinə baxıldığı müddətdə azadlıqda qalıb.
 
Fevralın 23-də məhkəmə ittiham aktını təsdiqləyib və cəzanı 12 il 10 aya endirib.
 
Edinyo fevralın 24-də Santos şəhərinin polis məntəqələrindən birinə gəlib.
 
"Çox məyusam, çünki məni törətmədiyim cinayətdə - çirkli pulların yuyulmasında ittiham edirlər", - deyə o bildirib.
 
Araşdırma 2005-ci ildə başlayıb. Edinyoya qarşı tanınmış narkotacirlərlə əlaqə və narkoticarətdə iştirakla bağlı ittiham irəli sürülüb. O isə ittihamları qətiyyətlə təkzib edərək bildirib ki, narkotik qəbul etsə də, onların satışında iştirak etməyib.
 
Edinyo ötən əsrin 90-cı illərində Braziliyanın məşhur "Santos" klubunda çıxış edib. Onun atası Pele də məhz "Santos"da məşhurlaşıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar