Bakı şəhəri Binəqədi rayonunun qaz təchizatında məhdudiyyət olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, daşıyıcı qaz xətti üzərində qaz tənzimləyicinin quraşdırılması ilə əlaqədar, 30 iyunda saat 10:00-dan işlər yekunlaşanadək nəzərdə tutulmuş təmir işləri aparılacaq.
Görulən işlər zamanı Binəqədi rayonunun 6,7,8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor və Biləcəri qəsəbələrinin, Motodrom ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Aparılan işlərin Xətai rayonunun Nobel, Xocalı prospektləri, OPD qəsəbəsi, NZS Aşıq Qurban, Yusif Səfərov, Mingəçevir küçələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
Bildirilir ki, görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.
“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir./Trend/