Paytaxtda daha bir küçənin təmiri yekunlaşmaq üzrədir
10.06.2015 685 0.0 0

Nəqliyyat Nazirliyi  “Azəryolservis” ASC tərəfindən I Avropa Oyunları öncəsi paytaxtın bəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə aparılan kompleks tədbirlər çərçivəsində iki  əsas prospekti, Ziya Bünyadov prospekti ilə Heydər Əliyev prospektini birləşdirən Ələsgər Qayıbov küçəsində əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir.

Xatırladaq ki , 70-ci illərdə Ələsgər Qayıbov küçəsi  Ümummilli Lider Heydər Əliyevin tapşırığına əsasən salınıb. 

 

 Qazeta.info  “Azəryolservis” ASC-yə istinadla qeyd edir ki, xeyli müddətdir ki, baxımsız vəziyyətdə olan küçənin ümumi uzunluğu 2200 metr, hərəkət hissəsinin eni isə 20 metrdir. Küçə boyu zəruri olan yerlərdə yol yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, yeni yol yatağı salınıb. Müəyyən hissələrdə yolun hərəkət hissəsinin genişləndirməsi işləri də həyata keçirilib. Ümumilikdə küçə boyu 45 min kvadrat metr sahəyə müasir standartlara cavab verən yeni asfalt-beton örtüyü vurulub.

 

Yenidənqurma işləri tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edib. Əsaslı təmir-tikinti işləri bitəndən sonra küçə tam yeni və müasir görkəm alacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar