Paytaxtda avtobusun vurduğu piyada ölüb
29.01.2016 574 0
Bakıda avtobusun vurduğu piyada ölüb.
DİN-in saytına istinadən verilən məlumata görə, yanvarın 20-si saat 18.00 radələrində Xətai rayonunun G.Mehmandarov küçəsində Bakı şəhər sakini Süleyman Hacıyev idarə etdiyi “Daewoo” markalı 40 saylı xətt avtobusu ilə paytaxt sakini Fikrət Quliyevi vurub. Xəstəxanaya yerləşdirilmiş piyada yanvarın 28-də orada ölüb.
Xətai rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər