Payız yorğunluğunu aradan qaldırmaq üçün məsləhətlər
27.09.2016 638 0.0 0

Çoxumuz payız-qış mövsümündə enerji çatışmazlığı, daimi zəiflik və yorğunluqdan tez-tez şikayət edirik. Belə məqamlarda əllər və ayaqlar sanki soyuyur, mənfi emosiyalar yaranır. Lakin narahat olmağa dəyməz. Həyat tonusunu geri qaytarmaq çətin deyil.

Bu yazıda həyat tonusunu qaldırmaq barədə məlumatlar toplanıb. Bu qaydalar əhval-ruhiyyəni yüksəldib həyat tonusunu qaldırmağa kömək edəcək.

1. Günəş şüası

Bəzən gərgin və ağır iş qrafikimiz olmasa da, yorulur, süstləşir, yaxud səbəbsiz yerə kədərlənirik. Bunun ən birinci səbəbi oksigen azlığıdır, günəş işığının azlığı da öz sözünü deyir. Əgər bayırda günəş işıq saçırsa, pərdələri çəkin. Gündüz işığı həyat eşqini artırıb müsbət emosiyalar yaradacaq. Günəş şüası mənfi emosiyaların öhdəsindən gəlməyə yardım edən sehrli qüvvədir.

2. Nizam-intizam

Özünüzü yaxşı və gümrah hiss etmək üçün ilk növbədə gün ərzində görməli olduğunuz işləri planlaşdırın. İşlərinizi nizam-intizama salın. Hər gün eyni vaxtda yuxudan oyanıb eyni saatda yatın. Bu qayda həm istirahət, həm də digər günlərə aiddir. Yatağa uzandıqdan sonra telefonla oynamaq kimi pis vərdişləri tərgidin, yumşaq yatağa uzanan kimi yuxuya gedin. Əgər siz gününüzü daha səmərəli keçirmək istəyirsinizsə, doyunca yatın.

3. Soyuq su ilə yuyunun

Bu daha tez və möhkəm yuxuya getməyə kömək edəcək. Həmçinin, gözəl ətirlər, sitrus və ya meşə bitkiləri vasitələri ilə qəbul edilən kontrast (soyuq və isti duş) duş da bədənə qulluq üçün faydalıdır.

4. Təlim

Daha sonra səhər idmanına başlayın. Məlumdur ki, hər bir fiziki hərəkət endorfin və xoşbəxtlik hormonlarının ifrazına imkan yaradır. Məhz bu səbəbdən, idmandan sonra özümüzü sakit və rahat hiss edirik.

5. Sevimli musiqi

Əhval-ruhiyyəni qaldırmaq üçün sevdiyiniz musiqiləri dinləyin. Musiqi insanın mənəvi aləmi, idrakı, düşüncəsi, həyat tərzi, dünyagörüşü, hətta zövqünü özündə əks etdirən ali qüvvədir. Musiqinin fəlsəfəsi insanın mənəvi aləmini özündə göstərməsidir.

6. Balanslaşdırılmış səhər yeməyi

Hər gün balanslaşdırılmış səhər yeməyi hazırlayın. Dadlı və faydalı məhsullar seçin: kəsmik, yulaf sıyığı, qoz ləpəsi, yumurta, yağ-pendir. Vitaminlər və bioloji aktiv əlavələr barədə unutmaq olmaz.

Yaxşı olardı ki, qəhvəni yaşıl çayla əvəz edəsiniz. O, bədəni yaxşı təmizləyir və bütün orqanizmi canlandırır. Əgər siz qara çay xoşlayırsınızsa, onda ona bir çay qaşığı moruq, qarağat və bir dilim limon əlavə edin. Bu, nəinki sizi enerji ilə təmin edəcək, hətta immunitetin möhkəmlənməsinə səbəb edəcək. Əsas yemək saatlarından sonra arada meyvə yeyin.

7. Bitki çayları

Vitaminlərdən əlavə, bitki çayları da həyat qüvvəsini bərpa edir. Məsələn, itburnu, yemişan, kəklikotu, biyan, gicitkən, akasiya yarpağı, yonca, çobanyastığı kimi bitkilər şəfaverici təsiri ilə tanınır.

Hazırlanması:

Bir litr suya bu otların hər birindən bir çay qaşığı olmaqla əlavə edin. Dəmlənməsi üçün 3 saat gözləyin. Bu çayı gün ərzində 2-3 dəfə 1 stəkan içmək tövsiyə olunur. Lakin 14 gündən artıq içmək olmaz.

8. Pozitiv notlara köklənin

Problemlərə psixoloji nöqteyi-nəzərdən baxsaq, sadə bir şeyi anlamaq olar: Sizi bir-birinin ardınca uğursuzluqlar izləsə, hətta bütün dünya sizə qarşı çıxsa belə, ruhdan düşmək olmaz. Əhvalı qaldırmaq üçün ən gözəl paltarlarınızı geyinin, bəzənib-düzənin.

9. Təmiz havada gəzinti

İdmana getməyə vaxtınız olmasa belə, gündə ən azı 30 dəqiqənizi piyada gəzintilərə həsr edin. Bunu vərdiş halına gətirin. Belə dərslər ancaq bədəni deyil, ruhu möhkəmləndirməyə də kömək edir.

10. Spa-proseduraları

Dincəlmək üçün həftədə bir dəfə hamam və ya saunaya getməlisiniz. Heç olmasa, evdə özünüz üçün efir yağları əlavə olunmuş vanna qəbul edin. Əgər sizi ağrılarınız narahat edirsə, masaj xidmətindən istifadə edin.

11. Asudə vaxt

Özünüzə vaxt ayırın. Asudə vaxtınız özünüzü yanında yaxşı hiss etdiyiniz yaxınlarınız və doğmalarınızla birlikdə keçirə bilərsiniz. Yaxud konsert, sərgi və ya kinoteatrlara gedə bilərsiniz. İstənilən halda, əhatənizə müsbət enerji ötürən insanlar toplayın./publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar