Paşinyan Serj Sarkisyanı cəzalandırmaq qərarına gəldi
22.11.2021 377 0.0 0

Ermənistanın keçmiş Prezidenti Serj Sarqsyan korrupsiya qarşı mübarizə tədbirləri çərçivəsində ölkənin Antikorrupsiya Komitəsinə çağırılıb.

“RİA Novosti”yə istinadən xəbər verilir ki, bunu sabiq dövlət başçısının vəkili Amram Makinyan bildirib.

Məlumata görə, S.Sarqsyan komitəyə təqsirləndirilən şəxs kimi çağırılıb.

Vəkil deyib ki, hüquqlarını müdafiə etdiyi şəxsin Antikorrupsiya Komitəsinə çağırılması barədə bildiriş alıblar./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar