Böyük Britaniyada keçirilən Şorhem aviaşousunda qəzaya uğramış təyyarənin pilotunun sağ qaldığı ortaya çıxıb.
Məlumata görə, dünən baş vermiş qəza zamanı 7 nəfər həlak olmuşdu və 15 nəfər yaralanmışdı.
“Hawker Hunter” bombardmançı təyyarəsi ilə "ölü ilgək" şousu göstərmək istəyən pilot hesabı düz götürmədiyindən aviaşounun keçirildiyi meydanın 1 kilometrliyindən keçən yolla hərəkət edən avtmobillərə dəyşmişdi. Hadisə zamanı 4 avtomobil zərər görüb.
Şahidlər qəza qurbanlarının daha çox ola biləcəyini vurğulayırlar. Çünki aviaşounun keçirildiyi meydanda 20 mindən çox izləyici olub.
Pilotun katapultdan istifadə etdiyi məlum idi. Hazırda onu tapıblar. Pilot sağ qalsa da vəziyyəti ağır qiymətləndirilir. Onu reanimasiyaya yerləşdiriblər. /anspress/
“Hawker Hunter” bombardmançı təyyarəsi