Parlamentdə daha bir qalmaqal - Bu dəfə vitse-spikerlə...
14.06.2016 898 0.0 0

Milli Məclisin növbədənkənar iclasının sonuna yaxın millət vəkili Fuad Muradovla birinci vitse- spiker Ziyafət Əsgərov arasında gərginlik yaşanıb.

Məlumata görə, buna səbəb “Daşınmaz əmlakın dövlət reyestr haqqında” qanuna dəyişikliklər zamanı F. Muradovun Z. Əsgərovun fikirlərinə irad tutması olub:

“Mən bilmirəm sizin dediklərinizin müzakirə olunan məsələyə nə aidiyyatı var?”.

Sonra millət vəkili çıxışında torpaqlarla bağlı bölgələrdəki duruma toxunub .

Bundan sonra birinci vitse- spiker ironik şəkildə F. Muradova “ Fuad müəllim, siz hansı dairədən deputat seçilmisiniz” sualını verib.

F. Muradov da əsəbi tərzdə Z. Əsgərova “Milli Məclisin saytına girsəniz, orda var”- deyə, cavab verib.

Bu zaman birinci vitse-spiker də uca səslə ona belə cavab verib:

“Siz hansısa kənd rayonundan seçilməmisiniz. Əgər Yardımlının dağ kəndindən seçilsəydiniz, onda bu barədə danışa bilərdiniz. Ümumiyyətlə isə, bu qanun layihəsini oxumamısınız. Oxusaydınız, belə deməzdiniz”./qafqazinfo.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar