Milli Məclisin bu gün keçirilən iclasında Parlamentin buraxılması məsələsi ilə bağlı müzakirələrə olunub.
Qazeta.info xəbər verir ki, millət vəkili Siyavuş Novruzov hakim partiyanın parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezidentə ünvanlanan müraciəti mətnini oxuyub.
Daha sonra, "Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" qərar layihəsi səsverməyə çıxarılıb. Səsvermə 99 lehinə səslə qəbul edilib. Səsvermədə 1 nəfər bitərəf ,1 nəfər əleyhinə, bir deputat isə iştirak etməyib.
Səsvermədən sonra , MM sədrinin müavini Bahar Muradova, Milli Məclisin (MM) plenar iclasında parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə qərar layihəsi oxuyub.
Xatırladaq ki, məlum qərar YAP-ın Siyasi Şurasının 28.11.2019 cu il tarixdə keçirilən təcili iclasında qəbul edilib. İclasda parlamentdəki çoxluq Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul edib.