Parklanmadan şikayət edən sürücülər bunu bilməlidir (VİDEO)
10.07.2015 596 0.0 0

Paytaxtda pərakəndə parklamanın qarşısını almaq üçün xeyli işlər görüldü. Bunlardan ən önəmlisi isə parkomatlar oldu. Amma mövcud qaydaları pozan sürücülər bəzi məslələrin yenidən müzakirə olunmasına səbəb yaradır. Çoxları minimum məbləğ ödəyir və saatlarla avtomobil dayanacaqda qalır. Bəs bu zaman vəziyyət necə tənzimlənməlidir? 

Sürücülər də sözü gedən parkomantlardan istifadə edərək dayandıqları müddətə uyğun olaraq pul ödəyir, qəbzini götürür və avtomobillərini park edirlər. Amma bəzən onlar ödədikləri müddətdən artıq qalmalı olur. 

Bu zaman isə sürücü və parkomata təhkim olunan şəxs arasında problemlər yaranır. Bəzi sürücülərin sözlərinə görə, əksər hallarda bu nəqliyyat vasitəsinin ərazidən evakuasiya edilməsi və ya yerindəcə cərimə olunması ilə nəticələnir.

“Özüm bir neçə dəfə şahidi olmuşan ki, parkomant quraşdırılan yerdən 10-15 dəqiqə avtomobil ödədikləri məbləğdən artıq qalmalı olub. Bu zaman nəqliyyat vasitəsinin ərazidən evakuasiya edilib yaxud da şəkilini çəkiblər”, – deyə sürücü Zaur Rüstəmov ANS TV-yə açıqlanmasında deyib.

Ekspertlərin sözlərinə görə, parkomantların quraşdırılması paytaxt küçələrində tıxacların aradan qaldırılması baxımından təqdirə layiqdir. 

Bu həm sürücülərin avtomobillərini harada gəldi saxlamağının qarşısını alır, həm də parkinq xidmətindən gələn gəlir büdcəyə gedir. 

"Amma sürücülərin bildirdiyi kimi ödəniş müddəti bitən avtomobilin ərazidən aparılması halı baş verirsə, bu Azərbaycan Respublikasının qanunvericiliyinə və yol hərakəti haqqında qanununa ziddir. Azərbaycan Respublikasının qanunvericiliyində bununla bağlı müddia yoxdur. Bir kimsə cərimə oluna bilməz, eləcə də avtomobili cərimə meydancasına aparıla bilməz. Yalnız bugünkü qanunvericilik ona imkan verir ki, parklanma ərazisinə nəzarəti həyata keçirən, ödənişi etməyən şəxsə qarşı məhkəmədə iddia qaldıra bilər”, – deyə ekspert Ərşad Hüseynov qeyd edib. 

Ekspert onu da əlavə etdi ki, bir sıra avropa ölkələrdə bununla bağlı qanunda müəyyən edilmiş bir sıra tədbirlər var. Belə ki, parkinq xidməti bitmiş avtomobillərin təkərləri sahibin ödənişi tam etməsinə qədər bloklanır. 

Bəzi sivil ölkələrdə isə yol polis xidməti avtomobillərinə xüsusi CPS cihaz quraşdırılır ki, bunu vasitərilə parkinq yerlərində müddətindən artıq duran avtopmobillər aşkarlanır və onlara qarşı cərimə tədbiq edilir.

Məsələ ilə bağlı Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, Kamran Əliyev bildirib ki, qanuni parklanma ərazisindən nəqliyyat vasitələrinin aparılması və ya cərimələnməsi halına rast gəlinməyib. Qanunda da bu kimi hallarla bağlı heç bir müddəa hələ ki, yoxdur:

“Onunla bağlı hələ qanunvericilikdə elə bir müddə nəzərdə tutulmayıb ki, parklanma yerində nəqliyyat vasitəsi ödədikləri müddətdən artıq qalıb. Məhz qanunvericilikdə müəyyən dəyişikliklər olduqdan sonra uyğun olaraq tədbirlər görüləcək”.

Odur ki, öz hüquqlarınızı bilin və bu kimi hallarla rastlaşsanız aidiyyatı qurumları xəbərdar edin./anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar