Parisdə terror törətməkdə şübhəli bilinən şəxslərə qarşı keçirilən əməliyyat tədbirləri davam edir. Ən son məlumata görə, üç nəfər həyatını itirib, daha üç nəfər isə ələ keçirilib.
Franc Press-in məlumatına görə, nəzarət altına götürülən və terrorçuların olduğu ehtimal edilən binada kamikadze bir qadın özünü partladıb.
Ölən və ələ keçirilənlərin adları hələ açıqlanmır.
Saat 10:03
Fransanın paytaxtı Parisdə törədilən trrorun şübhəlilərinin axtarışı davam edir. Məlumata görə, Fransa polisi paytaxtın şimalındakı Saint Denis məhləsində şəfəq əməliyyatı keçirib. Şübhəlilər bir binanın girişində yaxalanıblar.
Adıçəkilən ərazidən güclü silah səsləri eşidilib. Fransa televiziyası əməliyyat zamanı yaralanan polislərin olduğunu da deyib.
Səhər saat 05 radələrində başlayan əməliyyat üç kamikadzenin özünü partlatdığı "Stade de France" stadionunun yaxınlığında gerçəkləşib.
Saint Denis əməliyyatının Paris terrorunun beyni olduğu zənn edilən Saleh Abdelslam və doqquzuncu şübhəlini yaxlamaq üçün keçirildiyi iddia edilir.
Saleh Abdelslam
Parisdə polis əməliyyatı
Əhaliyə evdən çıxmamaq barədə xəbərdarlıq edilib.
Bu arada Fransa təyyarələrində də bomba həyəcanı yaşanıb. ABŞ-dan Fransaya uçan "Air France" aid iki təyyarə bomba olması barədə xəbərdən sonra təcili eniş edib.
Ötən həftənin cümə günü - noyabrın 13-də Parisdə bir-birinin ardınca 7 terror aktı baş verib. Nəticədə 132 nəfər ölüb, yüzlərlə insan yaralanıb. /anspress/