Parisdə özünü partladan qızın fotosu yayıldı (FOTO)
20.11.2015 606 0.0 0

Paris ətrafında aparılan xüsusi əməliyyatın gedişatında Mərakeş mənşəli 26 yaşlı fransız qadın özünü partladıb.

Məlumata görə, terrorçu-kamikadzenin şəklini belçika nəşri yayıb.

Xasna Aitbulaxen Paris yaxınlığında yerləşən Sent-Deni şəhərində polisin apardığı xüsusi əməliyyat zamanı bədənində bərkidilmiş partlayıcını işə salıb. Xasna Aitbulaxen noyabrın 13-də Paris terror aktlarının təşkilində şübhəli bilinən Əbdülhəmid Abaudun əmisi qızıdır.

 


Xasna Aitbulaxen - partlayışı törətməkdə şübhəli bilinən

 

26 yaşlı Mərakeş mənşəli fransız Aitbulaxen Parisdə doğulub. 2012-ci ilə qədər inşaat biznesində işləyib. Aitbulaxen xüsusi xidmət orqanlarının nəzarətində olub. Dövlət əleyhinə və ya başqa cinayətkar fəaliyyətdə olmadığı üçün qız daha sonra izlənilməyib. Bundan başqa, hüquq-mühafizə orqanlarında onun əmisi oğlu Parisdə terror aktları seriyasının təşkilatçısı hesab edilən 27 yaşlı Əbdülhəmid Abaudla sıx əlaqələri haqqında məlumatlar olmayıb.

 

Əbdülhəmid Abaud - partlayışı törətməkdə şübhəli bilinən

 

Bildirilir ki, partlayışı törətməmişdən bir neçə dəqiqə öncə Xasna Aitbulaxen cinayətdə iştirak etdiyi yoldaşlarını xəbərdarlıq etmək üçün telefon zəngi etməyə vaxt tapıb. Onlardan bir hissəsi xüsusi əməliyyat nəticəsində saxlanılıb, iki nəfər isə öldürülüb. Dünən səhər xüsusi təyinatlı polis qüvvələri Parisin şimal ətrafındakı Sen-Denidə xüsusi əməliyyata başlayıblar.

İlkin məlumatlara görə, nəticədə iki terrorçu öldürülüb, yeddi nəfər isə saxlanılıb. Ərazidəki mənzillərdən birində noyabrın 13-də silsilə terror aktlarının törədilməsində əli olmaqda şübhəli bilinən, terrorçu olduqları ehtimal edilən bir qrup şəxs gizlənib. Əməliyyat Parisdəki hücumların təşkilatçısı olduğu ehtimal edilən Əbdülhəmid Abaudun tutulmasına yönəldilib.

 


Sent-Deni xəritədə./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar