Parisdə 1 May yürüşünün rəsmi başlamasından da əvvəl nümayişlər zamanı ilk iğtişaşlar baş verib.
Qazeta.info Reportun məlumatına əsasən bildirir ki, qara geyimli şəxslər - "black block" adlandırılan hərəkatın nümayəndələri Monparnas bulvarında polisləri təxribata çəkiblər. Hüquq-mühafizə orqanları əməkdaşlarına şüşə butulkalar və pivə qabları atılıb, bir neçə yüksək gurultu səsi yayılıb. Buna cavab olaraq polis tüstü buraxan şaşkalardan, gözyaşardıcı qazdan istifadə edərək hücuma keçib. Həmçinin xüsusi təyinatlılar iştirakçılardan azı ikisini saxlayıb.
Hazırda vəziyyət gərgin olaraq qalır.
Qeyd edək ki, 1 May nümayişləri ərəfəsində Fransa polisi 3500-dən çox profilaktik yoxlama həyata keçirib və 165nəfəri saxlayıb. Saxlanıların üzərində çəkiçlər, bıçaqlar, qaz balonları və maye yanacaq qabları aşkar edilib.