Paris metrosunda partlayış olub
06.09.2017 576 0
Paris metrosunda partlayış baş verib.
"Pravda.ru"ya istinadən verilən xəbərə görə, partlayış metronun “Porte de Vincennes” və “Nation” stansiyaları arasında qeydə alınıb.
İlkin məlumata görə, partlayışa mexaniki nasazlıq səbəb olub. Ancaq hadisə ilə bağlı hələ rəsmi açıqlama verilməyib.
Hazırda partlayışla əlaqəli olaraq metrodakı sərnişinlərin evakuasiyası istiqamətində işlər aparılır. Hadisə zamanı xəsarət alan ya ölənlərlə bağlı məlumat yoxdur. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər