Papua-Yeni Qvineyada daha bir güclü zəlzələ baş verib
05.03.2018 777 0.0 0

Papua-Yeni Qvineyada 6,0 bal gücündə zəlzələ baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Porqera şəhərindən 83 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

 

Bundan əvvəl martın 4-də eyni ərazidə 6,0 maqnitudalı zəlzələ olub. 

 

Qeyd edək ki, fevralın 26-da Papua-Yeni Qvineyada 7,5 maqnitudalı zəlzələ olub.  Təbii fəlakət nəticəsində azı 10 nəfər ölüb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar