Papua-Yeni Qvineyada 6,2 bal gücündə zəlzələ olub
01.12.2017 862 0.0 0

Papua-Yeni Qvineyanın şərq sahillərində 6,2 bal gücündə zəlzələ olub.

Məlumata görə, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Seysmoloqların məlumatına görə, zəlzələnin episentri Finşhafen şəhərindən 59 kilometr şimal-qərbdə, Morobe vilayətində olub. Zəlzələ ocağı 60 kilometr dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar