Papanın məktubu ələ keçdi
25.02.2015 700 0.0 0

Katoliklərin ruhani lideri Papa Fransisin e-məktublarından birinin üzə çıxaması onun barəsində söz-söhbətlərə səbəb olub.

Məlumata görə, argentinalı papa Fransis bir müddət əvvəl həmvətənlisi ilə yazışarkən uşaqların, qadınların istismar edilməsi, narkotik və insan alverinin Meksikada artdığını, çox keçmədən bu yöndə Argentinanı qabaqlayacağını, bir sözlə, orada vəziyyətin dəhşətli olduğunu yazıb. 

Papanın bu e-məktububnun ortaya çıxması meksikalılların xoşuna gəlməyib. Bu barədə təəssüfləndiyini Meksika xarici işlər naziri köməkçilərindən olan Xose Antonio Meade də vurğulayıb. 

Bundan başqa o, ölkəsinin papanın narahatlıq duyduğu məslələrə qarşı mübarizə apardıqlarını da sözlərinə əlavə edib./anspress/

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar