Papanın ABŞ səfəri başladı (FOTO)
23.09.2015 613 0.0 0

Roma papası Fransisk Kubadan sonra Amerika Birləşmiş Ştatlarına səfərə gedib.

Məlumata görə, Papanı gətirən təyyarə Merilend ştatında Endryus hərbi bazasına eniş edib.

Hava limanında pontifiki ABŞ prezidenti Barak Obama və ailəsi, həmçinin, katolik kilsəsinin nümayəndələri qarşılayıblar. 

Daha sonra papa paytaxt Vaşinqtonda yerləşən Vatikanın bu ölkədəki səfirliyini ziyarət edib. Vaşinqtonda da papa böyük coşğu ilə qarşılanıb. Bu gün Vatikan rəsmisinin Ağ Evdə, daha sonra Konqresdə çıxışı gözlənilir. 

Katolik lider Birləşmiş Millətlər Təşkilatının (BMT) iclasında iştirak etməklə bərabər Müqəddəs Patrik kilsəsinə və 11 sentyabr terror aktının qurbanlarının şərəfinə ucaldılan Memorial abidəyə baş çəkəcək. 

Papanın ABŞ səfəri ilə əlaqədar ölkədə ciddi təhlükəsizlik tədbirləri ilə görülüb. Hətta təhlükəsizliklə əlaqədar “İphone 6S”in də satışı təxirə salıb. Bu barədə “New York Post” məlumat yayıb.

 

Obama Fransiski şəxsən özü qarşılayıb


Fransisk ABŞ-a səfər etməmişdən əvvəl Kubada səfərdə olub. Kuba-ABŞ münasibətlərinin yaxşılaşdırılmasına xüsusi önəm verən Fransisk adada da xüsüsi təmtəraqla qarşılanmışdı. 

Onun baş çəkəcəyi şəhərlərdə binalarda, küçələrdə və aeroportlarda təmir işləri həyata keçirilib. Havanna sakinlərindən biri mətbuata açıqlamasında bildirib ki, “Papanın səfəri Kubanın üzərində ümüd küləyinin əsməsidir.”

Adada dörd gün qalan katolik lider Kuba inqilabının rəhbəri Fidel Kastro ilə də görüşüb. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar