Papa Türkiyəyə belə söz atdı
13.04.2015 1068 0.0 0

"Gördüklərimiz və eşitdiklərimiz qarşısında səssiz qala bilmərik. Bu gün belə kilsənin mesajı səmimiyyət yolunun mesajıdır, xristianın cəsarət yoludur. Cəsarət isə səmimiyyət, söz azadlığı və qorxmadan nələrisə deməkdir. Xristianın cəsarət yolu Müqəddəs Ruhun bir lütfüdür".

Qazeta.info ANS PRESS-in məlumatına əsasən bildirir ki, bunu Roma Papası Fransisk Vatikan işçiləri və xüsusi qonaqları ilə birlikdə dua edərkən deyib.

İtaliyanın "Il Fatto Quotidiano" və bəzi xəbər saytları isə Papanın bu sözləri deməklə dolayı yollarla Türkiyəyə cavab verdiyini iddia edirlər. Belə ki, o, qondarma erməni soyqırımının 100-cü ildönümü ilə əlaqədar bildirmişdi ki, 20-ci əsrin ilk soyqırımı ermənilərə qarşı törədilmişdi. Bu da Türkiyə ilə Vatikan arasında diplomatik böhrana səbəb olmuşdu.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar