Papa qərar verdi - Misirə gedəcək
11.04.2017 661 0
Bir neçə gün əvvəl Misirdə baş vermiş terror aktlarına baxmayaraq Roma Papası Fransisk bu ölkəyə səfər etmək niyyətini təsdiq edib.
Məlumata görə, aprelin 28-29-da baş tutacaq səfər zamanı Roma Papası Qahirədə böyük təhlükəsizlik tədbirləri şəraitində hərəkət edəcək.
Qeyd edək ki, Roma Papası Misirdə ölkə prezidenti Əbdül Fəttah əs-Sisi, Misir kopt kilsəsinin patriarxı ilə görüşəcək və dünyanın ən iri islam universiteti Əl-Əzhər universitetini də ziyarət edəcək./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər