Pakistan radarlardan yayınan qanadlı raketi uğurla sınaqdan keçirib
20.01.2016 620 0
Pakistan havadan müdafiə sisteminin aşkarlaya bilmədiyi “Ra"ad” (Hatf VIII) tipli qanadlı raketi uğurla sınaqdan keçirib.
“RİA Novosti”yə istinadən verilən xəbərə görə, qeyd olunan raket nüvə başlığı daşımaq imkanına malikdir. Raketin hədəf radiusu 350 km təşkil edir.
“Onun alçaq yüksəklikdə manevr edə bilmə qabiliyyəti müasir raketdən müdafiə sistemlərindən yayınmağa imkan vermir”, deyə bəyanatda bildirilib.
Məlumata görə, bu 2007-ci ildən bu vaxtadək sayca 7-ci sınağıdır. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər