Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Qazeta.info-nun məlumatına görə, təbrik mətnində deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Milli bayramınız - Respublika Günü münasibətilə Azərbaycan Hökumətinə və xalqına səmimi təbriklərimi çatdırmaqdan məmnunluğumu ifadə edirəm.
Pakistan Azərbaycan ilə ortaq etiqada əsaslanan münasibətlərə yüksək qiymət verir.
Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, enerji və müdafiə sahələri də daxil olmaqla güclü və çoxtərəfli əməkdaşlıq hökumətlərimiz və xalqlarımız arasında möhkəm əlaqələrin təzahürüdür. Səmimi qəlbdən ümid edirəm ki, ikitərəfli münasibətlərimiz qardaş ölkələrimizin mənafeyi naminə daha da güclənəcək.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm."
"