PAKİSTANDA ÖLƏNLƏRİN SAYI 126-YA ÇATDI (VİDEO)
16.12.2014 798 0.0 0

Paakistanda talibanın məktəbə silahlı hücumundan sonra ölkədə ə 3 günlük matəm  elan edildi.

Peşavardaki bir məktəbə Taliban tərəfindən təşkil edilən silahlı basqında 126 şagird ilə müəllimin öldüyü, 122 nəfərin isə  yaralanıb. Ölkə daxilində 3 günlük matəm  elan edildi.
 

Peşavardaki basqının asonra məktəbə xüsusi əməliyyat təşkil olunub. Pakistan ordusunin xüsusi birlikləriylə Taliban silahlıları arasındakı qarşıdurma davam edir. Əməliyyatın sürdüyü məktəbdə ard arda partlayışlar eşidilib.

Peşavara  bağlı olan Hayber Paktunhva əyalətinin hökumət nümayəndəsi verdiyi açıqlamada, Taliban terrorçuları tərəfindən hücuma məruz qalan məktəbdə 126 adamın həyatını itirdiyi, 122 adamın yaralandığı bildirilir.

Pakistan Ordusuun  Generalı Asıf Səlim Bacva, terroristlərə qarşı əməliyyatın davam etdiyini ifadə edərək, 4 terroristin öldürüldüyünü açıqlayıb. Bacva, məktəbin içindəki 4 blokdan sonuncusunda əməliyyatın davam etdiyini və terroristlərin küncə sıkıştırıldığını qeyd etdi.

Yas elan edildi

Pakistan baş naziri Navaz Şərif isə Peşavardaki Hayber Paktunhva əyalət baş nazirliyində təşkil etdiyi mətbuat konfransında "Terrora qarşı əməliyyat son mərhələsinə daxil olmuşdur. Zarb-ə AZB əməliyyatı, son terrorist yox edilənə qədər davam edəcək" deyə bildirib.

Yüzlərlə şagirdin təhsil aldığı məktəbə təşkil edilən basqını "xaincə" deyə xarakterizə edən Şərif, xalqdan hücumlara qarşı həmrəylik içərisində olmalarını istəyib. Navaz Şərif, basqın səbəbiylə ölkə daxilində 3 günlük yas elan etdiyini xatırladıb.

Bu arada Terror Hücumunu boynuna götürən Pakistan Taliban təşkilatının yetkilisi Məhəmməd Xorasani, "üzərlərində bomba olan 6 üzvlərinin məktəbə girərək hücumu təşkil etdiyini" söyləyib.

Xorasani hücumun, "hökumət tərəfindən öldürülən Taliban üzvlərinin intiqamını almaq üçün etdiklərini" ifadə edib.

 

Pakistan Ədalət Hərəkatı (PTI) lideri İmran Xan da paytaxt İslamabadda etdiyi açıqlamada, yaşanan terror hadisəsini ən güclü şəkildə qınadıqlarını bildirib və müxalifətin mitinqlərini təxirə salıb.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar