PAKİSTAN PREZİDENTİ AZƏRBAYCANA GƏLƏCƏK
09.01.2015 1058 0
Pakistan Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri zamanı yüksək səviyyədə aparılacaq danışıqların əsas mövzusu iqtisadi əməkdaşlığın inkişafı olacaq. Bu barədə Trend-ə mənbə bildirib.
Onun sözlərinə görə, səfər mart ayına planlaşdırılıb. Hazırda hər iki ölkənin hökumətlərində yüksəksəviyyəli səfərə hazırlıq gedir. Pakistan Prezidentinin səfəri zamanı imzalanacaq sazişlər paketi hazırlanır. Saziş iqtisadi sahədə iki ölkənin əməkdaşlığının bir sıra sahələrini əhatə edəcək.
Mənbə qeyd edib ki, tərəflər iqtisadi əməkdaşlığın səviyyəsini daha da yüksəltmək niyyətindədirlər.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər